Login for faster access to the best deals. Click here if you don't have an account.

Senior Lawyer Full-time Job

2 months ago   Legal   Baku   4 views Reference: 8mepgRR2dMy
Job Details

Vəzifə: Baş hüquqşünas

Namizədə olan tələblər:

Ali təhsil;

Korporativ və kommersiya hüququ sahəsində 5 ildən artıq iş təcrübəsi;

Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;

Hüquq və Compliance sahəsində təcrübə və auditlərin keçirilməsi bacarığı;

Danışıqlar aparmaq və hüquqi riskləri idarə etmək qabiliyyət;

Azərbaycan dili biliyi, Rus və ingilis dilləri üzrə biliklər (müqavilələrin hazırlanması və danışıqlar üçün);

Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

Korporativ hüquq və idarəetmə:

Holdinqin bütün şirkətlərinin nizamnamə və korporativ sənədlərinin hazırlanması, dəyişikliklərin aparılması;

Korporativ strukturlaşdırma, konsolidasiya və daxili hüquqi nəzarət;

İdarəetmə strukturları ilə iş və onların qərarlarının hüquqi dəstəklənməsi.

Müqavilə və kommersiya fəaliyyəti:

B2B müqavilələrin (təchizat, distribusiya, podrat, logistika, IT/SaaS, marketinq, agentlik və s.) hazırlanması və hüquqi ekspertizası;

Şablon müqavilələrin hazırlanması və müqavilə proseslərinin avtomatlaşdırılması;

Danışıqların aparılması və hüquqi mövqelərin qorunması.

M&A / İnvestisiyalar:

Hüquqi due diligence, alqı-satqı müqavilələri, səhmdar müqavilələri və inteqrasiya proseslərində hüquqi dəstək.

Compliance və etika:

Compliance proqramlarının hazırlanması və tətbiqi (etika kodeksi, maraqlar toqquşması, hədiyyələr/gostipriimlik, sanksiyalar və s.);

Legal & compliance auditlərin təşkili, daxili araşdırmaların aparılması;

İşçilər üçün compliance təlimlərinin keçirilməsi.

Normativ tələblər və daxili nəzarət:

Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və daxili proseslərə inteqrasiya edilməsi;

Dövlət orqanları ilə qarşılıqlı əlaqə və onların sorğularının cavablandırılması;

Xarici hüquqşünasların idarə edilməsi və hüquqi xərclərə nəzarət.

Komanda və tərəfdaşlarla iş:

Hüquqşünas və para-hüquqşünaslardan ibarət komandanın idarə olunması və mentorluq;

Daxili bölmələr (HR, Maliyyə, Satınalma, Satış, Audit və s.) ilə koordinasiya.

İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30;

Şirkət tərəfindən nahar;

Ünvan: Port Baku Tower 2

Müraciət üçün: hr@ram.az

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar barədə məlumatı ən tez bizim Telegram kanalında izləyə bilərsiniz.

Çap et

Şikayət et

Company Description
RAM Holdinq QSC-nin xidmət sektorundakı fəaliyyəti partnyoru olan şirkətlərlə birlikdə inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edir və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlərin, istərsə də fərdi sahibkarların etibarını qazanmişdır. Partnyor şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir.