Login for faster access to the best deals. Click here if you don't have an account.

Korporativ Kommunikasiya üzrə baş mütəxəssis Full-time Job

2 months ago   Marketing & Communication   Baku   2 views Reference: N1aMj7mQbWm
Job Details

“PAŞA Sığorta” ASC namizədləri Korporativ Kommunikasiya üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə Öhdəlikləri

Struktur bölmələr arasında kommunikasiya axınının koordinasiyasını təmin etmək;

Strateji kommunikasiya fəaliyyətlərinin icrasını həyata keçirmək;

Əməkdaş rifahı və sağlamlıqla bağlı təşəbbüsləri dəstəkləmək;

Şöbə və digər strukturların məqsədlərinə uyğun video və foto materiallar hazırlamaq;

Komandaquruculuğu və tədbirləri təşkil etmək;

PR tədbirlərini, sponsorluq və xeyriyyəçilik layihələrini təşkil etmək, KSM (korporativ sosial məsuliyyət) təşəbbüslərini həyata keçirmək;

Media ilə əlaqələrin qurulması, press-relizlərin hazırlanması, yerləşdirilməsi və media monitorinqini aparmaq;

Promo-materialların və korporativ hədiyyələrin hazırlanması, yerləşdirilməsi və müştərilərə çatdırılması prosesini idarə etmək;

Şirkət haqqında neqativ rəylərin və şərhlərin idarə edilməsini həyata keçirmək;

Rəhbərlik adından məktublar hazırlamaq və leadership kommunikasiya fəaliyyətlərini icra etmək;

Müştərilər və tərəfdaşlar üçün xarici tədbirləri təşkil etmək;

Kommunikasiya büdcəsinin formalaşdırılmasında iştirak etmək.

Təhsil Və Ixtisas

Strateji Kommunikasiya, Jurnalistika, Marketinq, Sosial Elmlər və ya əlaqəli sahələr üzrə.

Sertifikatlar

Beynəlxalq sertifikasiya arzuolunandır.

Bilik Və Bacarıqlar

Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə.

Təqdimetmə bacarığı.

Təqdimetmə bacarığı.

Məlumatın və mesajın düzgün ötürülmə bacarığı.

Qramatik yazışma qaydaları.

Daxili kommunikasiya, liderlik kommunikasiya və dəyişikliklərin idarəedilməsi üzrə anlayışlar.

Təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Komanda ilə işləyə bilmək.

Konfliktlərin/stresin idarə edilməsi.

Təşkilatçılıq.

Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı.

Ünsiyyətqurma və dinləmə.

Dil Bilikləri

Azərbaycan, İngilis, Rus.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Company Description
Birlikdə inkişaf etdiyimiz dünyamız ilə tanış olun-PI World!